Paytaxtın Xətai rayonu, K.Kərimov küçəsində, “Kristal Abşeron”un 154 mənzilli yaşayış binasında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşmə işləri ilə əlaqədar 15 may tarixində saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq. Bu haqda bu gün, 12 may tarixində Bakuplus.az Bakı Regional Qaz Istismarı Departamentinə istinadən məlumat verir.

Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonu, Kənd Əhmədli, Həzi Aslanov qəsəbələri, Ş.Səmədov, K.Kərimov, M.Davud küçələrində 10.000 istehlakçının qaz təchizatında fasilə yaranacaq.