Bakıda fəaliyyət göstərən ictimai iaşə müəssisələri və restoranlarda aparılan növbəti monitorinqlər zamanı atmosfer havasını atılan tullantılarla çirkləndirən obyektlərlə bağlı qanuni tədbirlər görülüb. Bu haqda bu gün, 12 may tarixində Report məlumat verib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, səyyar laboratoriya vasitəsilə hava nümunələrinin monitorinqi və təhlili zamanı atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu “Niel”, “Mega Palace”, “Qızlar”, “Qəbələ Xanlar”, “1955”, “Badi Səba”, “Şam bağı” və “Mirvari” kimi ictimai iaşə obyektləri müəyyən edilib.

Faktla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib edilib, onlar cərimələniblər.