Bakı sakini atasını qətlə yetirməkdə şübhəli bilinən şəxs qismində saxlanılıb. Bu barədə bu gün, 12 may tarixində paytaxtın Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilir ki, mayın 10-da axşam saatlarında paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində 58 yaşlı Ehtibar Abbasovun vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalar əsasında 33 yaşlı Azər Abbasovun aralarında yaranmış münaqişə zəminində atası Ehtibar Abbasovu qəsdən öldürməsi, ona kəsici-deşici alətlə xəsarət yetirməsi barədə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb.

Bu gün Azər Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa gətirilib. Faktla bağlı istintaq davam edir.