2023-2024-cü tədris ilində məktəblərin I siniflərinə elektron sənəd qəbulu ilə əlaqədar alternativ qeydiyyat məntəqələri açılıb. Bu haqda bu gün, 12 may tarixində Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən məlumat verir.
Verilən məlumata görə, www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxışı olmayan vətəndaşlar ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət edə bilərlər.
Alternativ qeydiyyat mərkəzləri:
– Xəzər rayonu – 136, 156, 234 nömrəli tam orta məktəblər;
– Xətai rayonu – 17, 165 nömrəli tam orta məktəblər;
– Nizami rayonu – 145, 129 nömrəli tam orta məktəblər;
– Nərimanov rayonu – 82 nömrəli tam orta məktəb;
– Binəqədi rayonu – 83, 217, 297 nömrəli tam orta məktəblər;
– Nəsimi rayonu – 19 nömrəli tam orta məktəb;
– Suraxanı rayonu – 76, 114, 279 nömrəli tam orta məktəblər;
– Qaradağ rayonu – 110, 180, 195, 228, 274, 288 nömrəli tam orta məktəblər;
– Sabunçu rayonu – 74, 128, 130 nömrəli tam orta məktəblər;
– Səbail rayonu – 163 nömrəli tam orta məktəb;
– Yasamal rayonu – 18 nömrəli tam orta məktəb;
– Pirallahı rayonu – 235 nömrəli tam orta məktəb.
Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.
Həmçinin onlayn alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir. Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə WhatsApp vasitəsilə (050-996-76-63, 050-996-36-62, 050-996-46-68) müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən də zəruri köməklik göstərilir.
Vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə həftənin I-V günləri saat 10:00-dan 16:00-a qədər müraciət edə bilərlər.