Mayın 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək. Bu haqda bu gün, 12 may tarixində Bakuplus.az məlumat verir.

Musiqili gecədə Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək.

Solist, respublika və beynəlxalq müsabiqələr laureatı Natəvan Mikayılqızı (kanon) Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərini ifa edəcək.