“Medi-Art” psixi sağlamlıq mərkəzi “Metropark” Ticarət və Əyləncə Mərkəzində 13.05.2023 və 14.05.2023 tarixlərində ödənişsiz müayinələr təşkil edəcək. Bu haqda bu gün, 12 may tarixində Bakuplus.az məlumat verir.
Saat 12:00-dan 20:00-a kimi psixiatr-narkoloq, psixoloq, nevroloq, terapevt-kardioloq, loqoped, endokrinoloq vətəndaşların qəbulunu keçirəcəklər.