Azərbaycan Milli İncəsənət Muzeyində Çin incəsənətinə həsr olunmuş “Açıq qapı” günləri təşkil olunacaq. Bu haqda bu gün, 12 may tarixində Bakuplus.az məlumat verir.
Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən sərgi mayın 13-dən 21-dək davam edəcək.
Sərgi “Huawei Technologies Azerbaijan” MMC şirkətinin dəstəyi ilə keçirilir.
“Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi çərçivəsində Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən müxtəlif mövzularda ustad dərsləri də həyata keçirilməkdədir.