Bakıda tanışını bıçaqla qətlə yetirməkdə təqsirləndirilən Şəmşad Əhmədovun məhkəməsi başa çatıb. Bu haqda bu gün, 12 may tarixində Report məlumat verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun hökmünə əsasən, o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sözügedən hadisə ötən ilin 17 yanvar tarixində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində baş vermişdi. 48 yaşlı Şəmşad Əhmədov aralarında yaranmış münaqişə zamanı 45 yaşlı İsa Əbdüləzimova bıçaqla xəsarət yetirib. Sonuncu xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.