Bakının Nizami rayonu, Qara Qarayev prospektində dörd avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 12 may tarixində APA məlumat verib.

“Range Rover” markalı avtomobilin sürücüsü yüksək sürətlə metronun “Neftçilər” stansiyası istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil “Changan” markalı avtomobilə çarpılıb. Zərbənin təsirindən “Changan” “Hyundai”a çarpılıb. Qəza nəticəsində “Kia” markalı avtomobilə də ziyan dəyib.

Hadisə zamanı “Changan”da olan sərnişin yaralanıb. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

“Range Rover” zəncirvari qəza törədib

“Range Rover” zəncirvari qəza törədib
“Range Rover” zəncirvari qəza törədib
“Range Rover” zəncirvari qəza törədib “Range Rover” zəncirvari qəza törədib