Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 12 may tarixində Lent.az məlumat verib.
Rayon sakini, 65 yaşlı Əlişir Vələdov münaqişə zəminində həmyerlisi, 28 yaşlı Murad Nurəliyevi bıçaqlayıb. Sinə nahiyəsindən yaralanan gənc xəstəxanaya aparılıb.
Vələdov polisə gedərək könüllü təslim olub. Faktla bağlı araşdırma aparılır.