Mayın 13-də Türkiyənin “Beşiktaş” futbol klubu Bakının “Sabah” klubu ilə Tofiq Bəhramov adına Respublika stadionunda yoldaşlıq görüşü keçirəcək. Bu səbəbdən “Gənclik” stansiyasının iş rejimində dəyişikliklər ediləcək. Bu haqda bu gün, 12 may tarixində Bakuplus.az klublara istinadən xəbər verir.

Oyunun başlama ərəfəsində stansiya gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Matç başa çatdıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün ehtiyat qatarlar nəzərə alınaraq xətt üzrə hərəkətə hazır vəziyyətdə saxlanılacaq.