Bakının Sabunçu rayonu ərazisində mağazadan və evdən oğurluq edilib. Bu haqda bu gün, 12 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, mağazadan və evdən ümumilikdə 6200 manat pul, 1800 manat dəyərində geyim və məişət əşyaları oğurlanıb. Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakini H.Bəkirova müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.