Bakının Sabunçu rayonunda yanğın baş verib. Bu haqda bu gün, 12 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Ümumi sahəsi 50 kv.m olan talvarın yanar konstruksiyaları, altında dayanan “GMC” markalı minik avtomobili və ümumi sahəsi 100 kv.m olan bitişik birmərtəbəli 3 otaqlı evdə 4 kv.m sahədə ev əşyaları yanıb.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, ev yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.