Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mağazada yanğın olub. Bu haqda bu gün, 12 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Ümumi sahəsi 240 kv.m olan mağazanın yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, mağazanın qalan hissəsi alovdan mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.