Bakının Yasamal rayonunda mənzildə meyit tapılıb. Bu haqda bu gün, 12 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
“112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. Ölən şəxsin kimliyi məlum deyil.