Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gələn kişi saxta əsginasla ödəniş edib. Bu haqda bu gün, 12 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Mayın 11-də saat 22:57-də həmin məntəqədən polisə həyəcan siqnalı daxil olub. Yoxlama zamanı Kürdəmir rayon sakini Ş.Abdullayevin operatora 100 manatlıq saxta əsginas verməsi müəyyən edilib və o, Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ 12-ci Polis Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma davam edir.