Paytaxtın Xətai rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun 8 Noyabr prospektində baş verib. Yolda hərəkət edən “Mercedes” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə sonuncu nəqliyyat vasitəsi yararsız hala düşüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
