Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatının daha bir növündə qaliblər məlum olub. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az xəbər verir.

10 m məsafəyə pnevmatik tüfəngdən atəş üzrə kişilər və qadınlar arasında final yarışları keçirilib.

1-ci yerin sahibi Macarıstan idmançısı Zalan Pekler olub. Gümüş medalı hindistanlı Hriday Hazarika qazanıb. 3-cü yeri isə çinli Lihao Şenq tutub.

Qadınlar arasında qaliblər aşağıdakı kimidir:

1-ci yer – Han Jiayu (Çin)

2-ci yer – Nensi Nensi (Hindistan)

3-cü yer – Huan Yutin (Çin).

Yarışlar davam edir.

Atıcılıq üzrə dünya çempionatı davam edir
Foto Report.az