Azərbaycanlı tələbə Mircavad Həşimli bir neçə gün əvvəl Latviyada ölü tapılıb. Bu haqda bu gün, 13 may tarixində Oxu.az məlumat verib.
Onun cəsədi göldə tapılıb. Mircavad Həşimli Latviyada maqistr pilləsində universitetdə oxuyurmuş.
Gənc oğlan Bakıda Milli Qəhrəman Riad Əhmədov adına 203 nömrəli tam orta məktəbdə təhsil alıb. Onun anası Nazilə Həşimova da həmin məktəbin müəllimidir.