Paytaxtın Səbail rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Hadisə rayonun Badamdar qəsəbəsində baş verib. 35 yaşlı Gülnar İsmayılova avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada sol ayağının sınığı ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmaya başlanılıb.