Bakıda itən azyaşlı uşaq tapılıb. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Səhv edərək yanlış avtobusa daxil olan 6 yaşlı uşaq dispetçerlərin köməkliyi ilə tapılıb və ailəsinə təhvil verilib.

Belə ki, azyaşlı uşaq bu gün saat 15:30 radələrində 88 saylı avtobusa minib. Onun tapılması üçün sözügedən xəttə nəzarət edən dispetçerlərlə əlaqə saxlanılıb. Uşaq 16:26 radələrində metronun “İçərişəhər” stansiyası yaxınlığında ailəsinə təhvil verilib.