Bakıda sport avtomobillərin şousu göstəriləcək. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az xəbər verir.
Şou ilə yanaşı, klassik avtomobillərin sərgisi və sport avtomobillər arasında yarışlar təşkil olunacaq. Həmçinin avtomobil həvəskarları arasında görüşlər baş tutacaq.
Tədbir 18 iyun saat 11:00-da Hövsan qəsəbəsində, “Test and Training” mərkəzində baş tutacaq. Giriş sərbəstdir.