Paytaxtın Sabunçu rayonunda toyda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun “Ləhic bağları” adlanan ərazisində baş verib. 31 yaşlı Əmrah Alışov aralarında yaranan münaqişə zamanı 32 yaşlı Rəvan Əsgərovu bıçaqlayıb.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.