Gənc şair Səddam Laçının “Səndən gözəl olmasın” kitabının təqdimatı və imza günü 14 may saat 15:00-da keçiriləcək. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az məlumat verir.

Təqdimat Libraff kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında baş tutacaq.

Ünvan: Hüseyn Cavid pr., 100 (“Elmlər Akademiyası” m/s-nın əsas girişi ilə üzbəüz).