Bakının Yasamal rayonunun A.Abbasov küçəsində intihar hadisəsi baş verib. Bu haqda bu gün, 13 may tarixində Lent.az məlumat verib.

64 yaşlı Telman İbrahimov tək yaşadığı evdə ov silahından başına atəş açaraq, özünü öldürüb.

Verilən məlumata görə, o, əməldən əvvəl son məktub yazıb. Kişi bir sıra xəstəliklərdən əziyyət çəkdiyini bildirərək, ailə üzvlərinin yanında dəfn olunmasını vəsiyyət edib.

Faktla bağlı araşdırma aparılır.