Bakıda ilk dəfə olaraq “SelfieLand” adlı foto muzeyi açılıb. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az məlumat verir.

Muzeydə hər kəs yaradıcılıq, fantaziya və fərdiliyi özündə birləşdirən özünəməxsus və təkrarolunmaz fotosunu yarada bilər. Burada fotosessiyalar üçün unikal atmosfer yaradan bir çox interaktiv sahələr tapmaq mümkündür. İstənilən görünüşü yaratmağa kömək etmək üçün hər zonanın xüsusi üslubu və mövzusu var.

Muzey Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsində yerləşir. Muzeyi ziyarətin qiyməti 25 manatdır, uşaqlara 50% endirim tətbiq olunur. Qiymətə limitsız kofe, çay və şirniyyatlar daxildir.