Paytaxtın Yasamal rayonunda silsilə oğurluqlar edən qadın saxlanılıb. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Zərifə Əliyeva Bakının Yasamal, Nərimanov və Sabunçu rayonlarında gözəllik salonlarına daxil olaraq, oradan pulqabı və digər əşyalar oğurlamaqda şübhəli şəxsdir. Onun axtarışda olduğu bildirilir.

Araşdırmalar davam edir.

Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən digər vətəndaşlar varsa, “102” Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Bakıda silsilə oğurluqlar edən qadın saxlanılıb
Foto DİN-nin mətbuat xidməti