Paytaxtın Suraxanı rayonunda avtoqəza zamanı körpə xəsarət alıb. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Hadisə Zığ şosesində baş verib. 2 avtomobilin toqquşması nəticəsində bir neçə aylıq körpə xəsarət alıb. O, başının sağ tərəfinin qırığı ilə xəstəxanaya yerləşdirilib.

Təfərrüatlar araşdırılır.