Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində ağır yol qəzası baş verib. Bu haqda bu gün, 13 may tarixində APA məlumat verib.
“Chevrolet”, “Lifan” və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində “Lifan” alışıb. İlkin məlumata görə, avtomobildə olan iki nəfər yanaraq həlak olub.
Hadisə yerinə cəlb olunmuş FHN əməkdaşları yanğını söndürüblər. Əraziyə polis əməkdaşları gəlib, araşdırmalara başlanılıb.
