Bakılı gənc Belçikada itkin düşüb. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Belçikada yaşayan 34 yaşlı Nizami Məmmədov barəsində 8 may 2023-cü il tarixindən xəbər almaq mümkün olmur. Həmin şəxsin yaddaş pozulmasından əziyyət çəkdiyi bildirilir.
Onun haqda məlumatı olanlardan +994 55 757 69 23 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.