Bakı metrosunda vətəndaşın cibindən pul kisəsi oğurlanıb. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.

Polisə daxil olan məlumata görə, pul kisəsində 110 manat pul, sənəd və bank kartı olub.

Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini M.Rzayev saxlanılıb.