Bakı-Qazax yolunda ağrı yol qəzası baş verib. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.

Adıçəkilən magistralın Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində Bakı sakini Vəfa Əliyevanın sürücüsü olduğu “Hyundai” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq öncə qarşıda gedən yük avtomobilinə, daha sonra isə dəmir arakəsməyə çarpılıb. Nəticədə avtomobildə olan 16 yaşlı Ayla Əliyeva dünyasını dəyişib.

Hadisə ilə bağlı videogörüntüləri təqdim edirik: