Türkiyənin “Beşiktaş” klubu Bakıya gəlib. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az klubun “Twitter” səhifəsinə istinadən xəbər verir.

Aeroportda “Qartallar”ı qarşılayan azarkeşlər arasında izdiham yaşanıb. Onlar futbolçuları qaldıqları hotelə qədər müşayiət ediblər.

“Sabah” – “Beşiktaş” xeyriyyə qarşılaşması bu gün saat 18:00-da başlayacaq. Matçda toplanan vəsait Türkiyədə baş vermiş zəlzələdə zərər çəkənlərə göndəriləcək.

“Beşiktaş” artıq Bakıdadır
Foto Report.az