Xətai rayonunun Sarayevo küçəsində yerləşən obyektin qarşısındakı çinar ağacının alt budaqlarının kəsildiyi və dibinin beton örtüklə örtüldüyü müəyyən edilib. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az Bizim.Media-ya istinadən məlumat verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları əraziyə baxış keçiriblər. Araşdırma zamanı obyektdə aparılan təmir işləri nəticəsində ağacın dibinin betonlandığı və budaqlarının obyektin sahibi Fərhad Məmmədov tərəfindən qanunsuz kəsildiyi məlum olub.
Faktla bağlı protokol tərtib edilib, obyektin sahibi cəzalandırılıb. Ağacın dibi betondan təmizlənib.
