Azərbaycanlı bloger Elmira Namazovanın “Lamborghini” markalı avtomobil aldığı bildirilir. Bu haqda o, ötən gün, 12 may tarixində öz İnstagram səhifəsində məlumat yayıb.
“Bu “Lambo”nu əsas alma səbəbimizi də bir neçə günə açıqlayacağam. Şok olacaqsınız. Məncə, dünyada belə bir şey yoxdur. Bəlkə də, olub, mən görməmişəm. Həyəcanlıyam. Açıqlayanda biləcəksiniz. Bu rəng etdirməyə qərar verdik. Ən sevdiyim rəng”.
Bəzi izləyiciləri İnstaqramda Elmiranın bu avtomobili başqa müsabiqə üçün aldığını düşünsə də, influencer bu iddianı təkzib edib. O, sponsorların maşının dəyərini ödəyə bilmədiyini bildirib.
Lakin “stories” (hekəyələr) bölməsində paylaşılan şəkli Facebook sosial şəbəkəsində 2016-ci ildə tüninqlə məşğul olan səhifə paylaşıb.