Nənə iki yaşlı nəvəsinə baxa bilmədiyinə görə sığınacağa vermək qərarına gəlib. Bu haqda Oxu.az Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadəyə istinadən məlumat verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin rəsmisi bildirib ki, qurumun əməkdaşları ailənin yaşadığı ünvana yollanıb.

“Qiymətləndirmə zamanı ailənin yaşadığı evin iki yaşlı körpənin fiziki inkişafı baxımından uyğun olmaması səbəbindən nənəsi Fatma Əliyevanın da iştirakı ilə uşaq sığınacağa yerləşdirilib”, – mətbuat xidmətindən bildirilib.