Naxçıvan-Bakı marşrutu ilə uçan təyyarə geri qayıtmağa məcbur olub. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Naxçıvan Muxtar Repsublikasından Bakıya uçan J2-256 nömrəli hava gəmisində yaranan texniki nasazlıq səbəbindən təyyarənin kapitanı geri qayıtmaq qərarına gəlib.

Sərnişinlər aviaşirkətin qaydalarına uyğun olaraq, bütün zəruri vasitələrlə təmin ediləcəklər.