Bakının Xəzər rayonunda piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 13 may tarixində Report məlumat verib.

24 yaşlı Rəsul Məmmədzadə yolu keçərkən onu avtomobil vurub. Hadisə yerinə təcili tibbi yardım çağırılıb, yaralı xəstəxanaya aparılıb.

Hadisə araşdırılır.