“YARAT” İncəsənət Mərkəzində yeni sərgi açılacaq. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az mərkəzə istinadən xəbər verir.
“Çəhrayı – Qara” adlı qrup sərgisində 13 ustad sənətkarın rəngkarlıq, qrafika və heykəltaraşlıq əsərləri ilə yanaşı, Soltan Soltanlı, Şahnaz Ağayeva, İslam Həsənəlizadə, Erkin Ələkbərli, Aqil Abdullayev, Aiplague və Vüsal Rəhimi kimi yeni nəsil rəssamlarının rəngkarlıq, qrafika, heykəl, instalyasiya, video və performans əsərləri də nümayiş olunacaq.
Açılış mayın 19-da XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində baş tutacaq və sərgi 24 sentyabr tarixinə qədər davam edəcək.