Yevlaxdan Bakıya 13 yaşlı qardaşı qızını qaçıran və ona təcəvüz edən Elçin Mustafayevə hökm oxunub. Bu haqda bu gün, 15 may tarixində Qafqazinfo məlumat verib.
Məhkəmə 45 yaşlı Mustafayevi Cinayət Məcəlləsinin “Adam oğurluğu, zorlama, seksual xarakterli zorakılıq əməlləri” maddələri ilə təqsirli bilib. Ona 14 il müddətinə həbs cəzası verilib. Onun cəzasını ciddi rejimli müəssisədə çəkəcəyi qeyd edilib.
Elçin Mustafayevin Yevlaxda itkin düşən şəxs kimi axtarılan qardaşı qızı Nuray Mustafayevanı qaçıraraq Bakıya gətirdiyi məlum olub.
Azyaşlının qohumu tərəfindən cinsi zorakılığa məruz qaldığı bildirilir.
Əməlini törədən şəxs əvvəllər evli olub və 1 övladı var. O, boşandıqdan sonra övladı anası ilə birgə gedib. Polislər E.Mustafayevi kirayə tutduğu evdə saxlayarkən o, intihara cəhd edib.