Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin olunub. Bununla bağlı bu gün, 15 may tarixində Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Pərvin Bağırova mətbuat xidmətinin prokuroru təyin olunub. Daha öncə o, Suraxanı rayon prokurorunun köməkçisi olub.

Bağırova bu vəzifədə Aynur Əfəndiyevanı əvəz edib. Sonuncu isə vəzifəsindən azad olunaraq, qurumun Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsinin prokuroru təyin olunub.