Bakının Xətai rayonu, M.Hadi küçəsində ağac kəsilib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Bu haqda bu gün, 15 may tarixində Oxu.az məlumat verib.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti rəhbəri İradə İbrahimovanın sözlərinə görə, hazırda ETSN-in əməkdaşları tərəfindən araşdırma aparılır.