Bakının Nəsimi rayonunda ötən gün 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda bu gün, 15 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunublar. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.