Nərimanov rayonunda mayın 14-də rayon ərazisində naməlum şəxs qadını döyərək quldurluq yolu ilə ondan pul tələb edib. Bu haqda bu gün, 15 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Bayram Məhiyəddinov saxlanılıb. Fakt araşdırılır.

Daha öncə məlum olub ki, daha bir qadın analoji cinayətin qurbanı olub. Bolluq bazarı ərazisində maska taxmış naməlum şəxs 31 yaşlı Pərvanə Novruzovaya hücum edib. Kişi qadına bir neçə yumruq vuraraq əlindəki çantasını götürüb və ərazidən qaçıb. Qadın ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.