Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib. Bu haqda bu gün, 15 may tarixində APA məlumat verib.
Bolluq bazarı ərazisində maska taxmış naməlum şəxs 31 yaşlı Pərvanə Novruzovaya hücum edib. Kişi qadına bir neçə yumruq vuraraq əlindəki çantasını götürüb və ərazidən qaçıb.
Qadın ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.