Paytaxtın Nizami rayonunda yaşlı kişini qətlə yetirməyə görə saxlanılan şəxs sərbəst buraxılıb. Bu haqda bu gün, 15 may tarixində APA məlumat verib.
Mayın 8-də paytaxtın Nizami rayonunda saat 17:30 radələrində 73 yaşlı Fərman Hüseynovun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 63 yaşlı Hidayət Cəfərov saxlanılıb.
Lakin araşdırma zamanı Fərman Hüseynovun qətlə yetirilmədiyi ortaya çıxıb. Bildirilir ki, Fərman Hüseynovla Hidayət Cəfərov arasında mübahisə olub. Bu zaman Fərman Hüseynovun oğlu müdaxilə edərək Hidayət Cəfərovu vurub. Fərman Hüseynov dava zamanı dünyasını dəyişib.
Ekspertin rəyinə görə, Fərman Hüseynov dava zamanı xəsarət almayıb, onun ölümü ürək tutmasından olub. Bu səbəbdən Hidayət Cəfərov sərbəst buraxılıb.
Mərhumun oğlu Fərman Hüseynovun Hidayət Cəfərovu döyməsi faktı ilə bağlı cinayət işi başlanıb, hazırda araşdırma aparılır. İş üzrə zərərçəkmiş qismində Hidayət Cəfərov tanınıb.