Mayın 14-də Zabit Səmədovun İdman Klubunun təşkilatçılığı ilə peşəkar kikboksinq və MMA “New Generation Fighting 2” gecəsi təşkil olunub. Bu haqda bu gün, 15 may tarixində Bakuplus.az məlumat verir.
Bakı İdman Sarayında keçirilən turnir ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Çempionat çərçivəsində 20 döyüşçü arasında 10 döyüş keçirilib.