Bakı şəhərində baş tutacaq idman tədbirlərinin həftəlik cədvəli açıqlanıb. Cari həftə cəmi iki yarış nəzərdə tutulub. Bu haqda bu gün, 15 may tarixində Bakuplus.az İdman Nazirliyinə istinadən xəbər verir.

15-21 may tarixləri arasında keçiriləcək idman tədbirlərinin cədvəli aşağıdakı kimidir:

  • Vətən müharibəsi şəhidi Mürsəl Kazımlının əziz xatirəsinə həsr olunmuş məktəblilər arasında şahmat üzrə turnir – 18-19 may (Suraxanı rayonu, Şahmat məktəbi);
  • İdman rəqsləri üzrə Azərbaycan birinciliyi və çempionatı – 21 may (Bakı İdman Sarayı).