Bakının Binəqədi rayonunda Cəfər Xəndan və Ənvər Əlixanov küçələrində yerləşən malikanə tipli fərdi yaşayış evlərinin sahibləri tərəfindən qaz sayğaclarına qanunsuz olaraq müdaxilə edilib. Bu haqda bu gün, 15 may tarixində Bakuplus.az Azəriqaz-a istinadən məlumat verir.

Hər iki fərdi yaşayış evinin qaz sayğacının daxilinə edilən qanunsuz müdaxilə nəticəsində istehlak edilən qazın sərfiyyatı qeydə alınmayıb. Sayğaclar laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə gətirilib. Abonentlərin razılığı ilə əvvəlcə vizual, sonra kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilərək qanunsuz müdaxilə halı öz təsdiqini tapıb.