Bakı-Ankara marşrutu üzrə J2 9003 reysini yerinə yetirən “Buta Airways” aviaşirkətinin təyyarəsi Tbilisidə eniş etmək məcburiyyətində qalıb. Bu haqda bu gün, 15 may tarixində APA məlumat verib.

Təyyarə kapitanının qərar verməsinə səbəb təyyarənin sərnişinlərindən birinin vəziyyətinin qəfil pisləşməsi olub.

Hava gəmisi yerli vaxtla saat 12:23-də Tbilisi hava limanına uğurlu eniş edib. Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə Ankaraya uçacaq.